TAPŞIRIQ
7
Sxemə əsasən A məntəqəsindən 200 dəqiqə irəlidə və 2 saat 40
dəq. geridə olan B və C məntəqələri müvafiq olaraq hansı
coğrafi uzunluqlarda yerləşir?
• Məsafəyə görə coğrafi uzunluğun və vaxtın təyini.
Bəzən məntəqələr arasında məsafə dərəcə ilə deyil, kilometrlə
verilir. Məsafəni dərəcəyə çevirmək üçün onu məntəqələrin
yerləşdiyi paralelin 1°-lik qiymətinə bölmək lazımdır. Sonra
dərəcəni saatla ifadə edərək vaxtı təyin etmək olar.
TAPŞIRIQ
8
40° şm.e. və 117° ş.u.-da yerləşən Pekin şəhərində saat 17:40-dır.
Buradan 4270 km qərbdə olan məntəqənin hansı coğrafi uzunluqda
yerləşdiyini və orada yerli vaxtı müəyyən edin (40° paraleldə 1° =
85,4 km).
• Tarixin təyin edilməsi.Tarixin
dəyişmə xətti şərti olaraq 180°-lik meridiandan keçir. Bu
meridiandan şərqdə və qərbdə yerləşən məntəqələr arasında 1 günlük
zaman fərqi vardır, məsələn, Şərq yarımkürəsində martın 15-dirsə,
Qərb yarımkürəsində martın 14-ü olar.
180° –
tarixin dəyişmə xəttidir.
TAPŞIRIQ
9
Xəritəyə əsasən 150° ş.u.-da yerləşən
A məntəqəsində 21 mart 19:50 olarsa,
160° q.u.-da yerləşən B məntəqəsində
yerli vaxtla saatı və ayın tarixini müəyyən edin.