TAPŞIRIQ
3
Verilənlərə əsasən Günəşin hansı coğrafi enliklərdə zenitdə
olduğunu hesablayın və cədvəli tamamlayın.
Şəhərlər |
Ankara |
Mexiko |
Cakarta |
Moskva |
Santyaqo |
Günəş şüalarının düşmə bucağı |
73,5° |
47,5° |
90° |
44° |
57° |
Coğrafi enlik |
40° şm.e. |
19° şm.e. |
7° c.e. |
56° şm.e. |
33° c.e. |
Günəşin zenitdə olduğu coğrafi
enlik
|
|
|
|
|
|
TAPŞIRIQ
4
Yaz gecə-gündüz bərabərliyi günündə günəş şüalarının 50° bucaq
altında düşdüyü şimal və cənub enlikləri arasındakı məsafə xəritə
üzərində 20 sm-dir. Həmin xəritənin miqyasını tapın.
TAPŞIRIQ
5
40° c.e.-də yerləşən və şimala doğru meyilliliyi 14° olan dağ
yamacında qış gündönümündə günəş şüalarının düşmə bucağını
hesablayın.
• Yerli və qurşaq vaxtlarının təyini.
Günəş Yer səthini şərqdən qərbə doğru işıqlandırır. Yer səthindən
şərti olaraq hər 1°-dən bir 360 meridian keçirilmişdir. Yer öz oxu
ətrafında 24 saat ərzində tam dövr etdiyi üçün 1 saat ərzində
15°-lik məsafə qət edir. 1°-lik məsafəni isə 60:15 = 4 dəq.
ərzində fırlanır. Yerli vaxt məntəqənin yerləşdiyi meridianın,
qurşaq vaxtı isə onun aid olduğu saat qurşağının vaxtıdır.
TAPŞIRIQ
6
Qlobusun sxeminə əsasən müəyyən edin:
a. C və
E məntəqələri arasında yerli və qurşaq
vaxt fərqləri nə qədərdir?
b.
B nöqtəsində yerli vaxt 15:30-u
göstərirsə, A və
C nöqtələrində yerli vaxtla saat neçə
olar?
• Vaxt fərqinə əsasən məntəqələrin coğrafi uzunluğunun təyin
edilməsi.
Bunun üçün:
1 – məntəqələr arasındakı vaxt fərqi dərəcə fərqinə keçirilir;
2 – əgər axtarılan məntəqə vaxta görə verilən məntəqədən geri
qalırsa, alınan dərəcə fərqi verilən uzunluqdan çıxılır. Əks halda
isə toplanır.