7
YER SƏTHİNDƏ GÜNƏŞ
ŞÜALARININ DÜŞMƏ BUCAĞININ VƏ VAXT FƏRQLƏRİNİN HESABLANMASI.
PRAKTİK DƏRS
Günəş şüalarının Yer səthinə düşmə bucağı coğrafi enlikdən və
Yerin Günəşə görə vəziyyətinin dəyişməsindən asılıdır. Bu asılılıq
ω = 90° – (φ ± A) düsturu ilə verilir. Burada ω – günəş
şüalarının düşmə bucağı, A – Günəşin zenitdə olduğu coğrafi
enlikdir (qiyməti 23,5° şm.e. və 23,5° c.e. arasında dəyişir),
φ – verilən məntəqənin coğrafi enliyidir (qiyməti 0° ilə ± 90°
arasında dəyişir).
TAPŞIRIQ
1
Kontur xəritəyə əsasən müəyyən edin:
a. Günəş M məntəqəsində zenitdə
olarsa, E və
B məntəqələrində günəş şüalarının
düşmə bucağını tapın.
b. Günəş
A məntəqəsində zenitdə olarsa, hansı
məntəqələrə günəş şüaları ən böyük və ən kiçik bucaq altında düşər?
• Günəş şüalarının düşmə bucağına əsasən məntəqənin coğrafi
enliyinin tapılması. Bunun üçün φ = A ± (90° - ω) düsturundan
istifadə olunur. Əvvəlcə günəş şüalarının maksimum düşmə bucağı
(90°) ilə verilən bucaq arasında fərq tapılır. Əgər axtarılan
məntəqə Günəşin zenitdə olduğu coğrafi enliklə eyni
yarımkürədədirsə, alınan ədəd bu enliyin qiyməti (zenit) ilə
toplanır, müxtəlif yarımkürədədirsə, çıxılır.
TAPŞIRIQ
2
Verilənlərə əsasən məntəqələrin yerləşdiyi şimal və cənub coğrafi
enliklərini təyin edin və cədvəli tamamlayın.
Məntəqələr |
1 |
2 |
3 |
4 |
5 |
Günəş şüalarının düşmə bucağı |
26,5° |
50° |
60° |
30° |
43,5° |
Günəşin zenitdə olduğu coğrafi
enlik
|
23,5° şm.e. |
15° c.e. |
23,5° c.e. |
0° |
20° şm.e. |
Coğrafi enlik |
|
|
|
|
|
•
Günəşin zenitdə olduğu coğrafi enliyin tapılması.
Bunun üçün A = φ – (90° – ω) düsturundan istifadə olunur.
Əvvəlcə günəş şüalarının maksimum düşmə bucağı (90°) ilə verilən
bucaq arasında fərq tapılır. Alınan rəqəm məntəqənin coğrafi
enliyindən çıxılır.