ÖYRƏNDİKLƏRİNİZİ
TƏTBİQ EDİN
Mətni oxuyun və suallara cavab verin.
Kirenalı Eratosfen. Eratosfen e.ə. III əsrdə İsgəndəriyyədə
yaşamışdır. Səyyahlar ona yaşadığı İsgəndəriyyədən fərqli olaraq
Siyena (Asuan) şəhərində yay gündönümü günündə günorta kölgənin
olmadığını söyləyirlər. Eratosfen Siyenaya gəlib deyilənlərin
yalan olmadığına əmin olur. Bu sadə müşahidəyə əsasən alim
İsgəndəriyyədə Yer çevrəsinin – ekvatorun uzunluğunu ölçməyə
nail oldu. Əvvəlcə o, yay gündönümü günündə şaquli dirəkdən
düşən kölgənin uzunluğunu ölçür. Dirəyin uzunluğunu bildiyindən
asanlıqla onun təpəsi ilə kölgənin son nöqtəsi arasındakı
parçanın uzunluğunu hesablayır. Adi həndəsi üsulla alınmış
xəyali üçbucağın bucaqlarını tapır və müəyyən edir ki, dirəyin
günəş şüalarından meyilliliyi 7,2°-dir. Siyenada kölgə
olmadığından onunla günəş şüaları arasında bucaq sıfıra
bərabərdir. Bu o demək idi ki, İsgəndəriyyə Yerin qabarıq səthi
boyunca Siyenadan 7,2° şimalda yerləşir. 7,2° Yer çevrəsinin
uzunluğunun, yəni 360°-nin 1/50-nə bərabərdir.
Eratosfen Siyena ilə İsgəndəriyyə arasında məsafənin 800 km-ə bərabər olduğunu
bildiyindən onu 50-yə vuraraq Yer çevrəsinin uzunluğunun 40 000
km olduğunu hesabladı. Sonra o, Yerin radiusunu da təyin etdi.
1. Yay gündönümü günü Yerin Günəşə nəzərən mövqeyi haqqında nə
deyə bilərsiniz?
*2. Eratosfen xəyali üçbucağın bucaqlarını hansı düsturla
hesablamışdı?
*3. Eratosfen Yerin radiusunu hansı düsturla hesablamışdı? Onun
Yerin radiusu üçün aldığı
cavabı hesablayın.
4. Müasir hesablamalara görə, Yerin radiusunun iki qiymətinin
olduğu qəbul edilir.
Eratosfen isə Yerin radiusunun yalnız bir qiymətini almışdı.
Bunun səbəbini necə izah
edə bilərsiniz?
ÖYRƏNDİKLƏRİNİZİ
YOXLAYIN
1. Bakı şəhəri ilə ekvator arasındakı məsafənin orta miqyaslı
qlobusda nə qədər
olduğunu hesablayın.
2. Yerin müxtəlif formalarına aid əlamətləri cədvələ yazın.
Yerin forması |
Kürə |
Geoid |
Ellips |
Kardioid |
Əlamətləri |
|
|
|
|
3. Verilən şəhərləri onların yerləşdikləri paralel çevrələrinin
uzunluqlarının artma ardıcıllığı ilə düzün:
1. Bakı
2. London
3. Oslo
4. Cakarta
5. Dubay