Formasına görə heç bir həndəsi fiqura tam uyğun gəlmədiyi üçün
Yeri “geoid”də (yun. – “yerəbənzər”) adlandırırlar. Geoid dəniz
səviyyəsinə uyğun gələn xəyali səthdir. Geoidin səthində Yerin
relyefi nəzərə alınmır.
Yer fiziki formaya malikdir, yəni onun səthi hamar deyil və burada
okean çökəklikləri və materik çıxıntıları, onların üzərində isə
dağlar və düzənliklər yerləşir.
Kosmik tədqiqatlar nəticəsində məlum olmuşdur ki, Yerin Şimal
qütb sahəsi Cənub qütb sahəsinə nisbətən bir qədər qabarıqdır.
Bu səbəbdən Yer ürəyə oxşadığı üçün onu “kardioid” də
adlandırırlar.
Yerin bir çox mühüm xüsusiyyətlərini öyrənmək üçün onun
kiçildilmiş modelindən – qlobusdan istifadə olunur. İlk
qlobusu e.ə. II əsrdə yunan Krates Malosskinin düzəltdiyi
güman olunur. 1492-ci ildə alman alimi Martin Behaym
hazırladığı qlobusu “Yer alması” adlandırmışdır. Bu, dövrümüzə
qədər gəlib çatan ilk qlobus hesab edilir və hazırda Nürnberq
(Almaniya) muzeyində qorunur.
“Yer alması”.
Martin
Behaymın
hazırladığı
qlobus (1492)
Bu maraqlıdır!
İlk qlobuslara azərbaycanlı mühəndis Kəriməddin Səlmasinin
düzəltdiyi qlobusu da aid etmək olar. Üzərində Yerin
iqlimlərinin təsvir edildiyi bu qlobusu Səlmasi 1266-cı ildə
Marağa rəsədxanasında Nəsirəddin Tusi ilə birlikdə işlədiyi
zaman hazırlamışdır.
F Ə A L İ Y Y Ə T
2
*Qlobusun sxeminə əsasən müəyyən edin:
a) 80° enlikdə 1° = 19,4 km, 30°
enlikdə isə 1° = 96,5 km olduğunu nəzərə alaraq B və D
məntəqələrinin yerləşdiyi paralel çevrələrin uzunluqları
arasında fərqi hesablayın;
b) məntəqələri onların
yerləşdikləri paralellərin uzunluqlarının artma ardıcıllığına
uyğun qeyd edin;
c) Bakının yerləşdiyi coğrafi
enliklə D məntəqəsi arasındakı məsafəni meridian üzrə
hesablayın.
Müzakirə edin:
– Yerlə bağlı hansı xüsusiyyətlərin öyrənilməsində
qlobusun əhəmiyyəti daha böyükdür?
Miqyasına görə tədris qlobusları 3 qrupa ayrılır:
1. Böyükmiqyaslı – 1: 30 000 000
2. Ortamiqyaslı – 1: 50 000 000
3. Kiçikmiqyaslı – 1: 83 000 000