Yerin forması haqqında ilk fərziyyələr bizim eramızdan əvvəl
yaşamış qədim xalqlara – babillilərə, şumerlərə və digər başqa
xalqlara
məxsusdur.
Yerin kürə formasında olması ilə bağlı ilk mülahizələri Pifaqor,
daha
sonra Aristotel, Eratosfen, Ptolemey və b. alimlər irəli
sürmüşlər. Zaman
keçdikcə Yerin forması haqqında təsəvvürlər təkmilləşdi.
İngilis fiziki İ.Nyuton (1642–1727) Yerin qütblərdən basıq, yəni ellipsoid formasında olduğunu söyləmişdir. Qütblərdən basıq olduğu üçün Yer müxtəlif radiuslara malik olur və bu xüsusiyyəti onu kürədən fərqləndirir.