Bəzi alimlər isə nikbin proqnozlar verərək maqnit qütblərinin
indiyə qədər baş verən yerdəyişmələrinin Yerə heç bir mənfi
təsirinin olmadığını söyləyirlər. Onlar hesab edirlər ki, bu
yerdəyişmələrin canlıların kütləvi məhvi ilə heç bir əlaqəsi
yoxdur. Çünki biosfer təbəqəsi yüksək dərəcədə mühitə uyğunlaşma
və bərpaolunma qabiliyyətinə malikdir. Maqnit qütblərinin
yerdəyişməsi isə ani olaraq yox, uzun müddət ərzində baş verdiyinə
görə biosfer bu dəyişikliyə uyğunlaşa bilər.
Cənub maqnit qütbü
(şərti olaraq – şimal
maqnit qütbü)
Şimal
coğrafi qütbü
Yerin fırlanma
oxu
Cənub
maqnit
qütbü
Şimal coğrafi
qütbü
1. Maqnit əqrəbinin daim Şimal qütbü istiqamətini göstərməsinin
səbəbi nədir?
2. Maqnit qütblərinin yerdəyişməsinin Yerin təbiətinə təsiri ilə
bağlı hansı fikirlə razısınız?
Fikrinizi əsaslandırın.
3. Kompasın əqrəbinin tündrəngli ucunun göstərdiyi istiqamətdə
hərəkət edən insan Yerin
hansı nöqtəsinə gedib çatar?
4. Şərti şimal maqnit (cənub maqnit) və Şimal coğrafi qütbləri
arasında kompas yerləşdirsək,
(b sxemi) onun cənubu göstərən
əqrəbi hansı istiqamətə yönələr?
5. Fikrinizcə, bir anlığa Yerin maqnit sahəsi yox olsaydı, nə baş
verərdi?
ÖYRƏNDİKLƏRİNİZİ
YOXLAYIN
1. Ekvatordan maqnit qütblərinə qədər olan məsafəni meridian üzrə
hesablayın.
2. Cədvəli dəftərinizə çəkin və Yer qabığının quruluşu
xəritəsindən (səh. 50) istifadə edərək onu tamamlayın.
Faydalı qazıntıların
işarəsi
|
Faydalı qazıntıların
adı
|
Yayıldığı ərazilər |
Maqnit anomaliyası
(+ / – )
|
|
Titan
|
Draqon dağları
|
+
|
|
|
|
|
|
|
|
|
|
Nikel
|
|
|
3. Verilən ərazilərdən hansılarında qütb parıltısının baş verdiyini müəyyən
edin: Kanada–Arktika
arxipelaqı, İndoneziya, Turan ovalığı, Azərbaycan, ABŞ, CAR, Antarktida, Avstraliya, Taymır
yarımadası.
DƏRSDƏN SONRA
İnternet resurslarından istifadə edərək Günəşdə baş verən hadisələr və onların
Yerə təsiri barədə təqdimat hazırlayın.