Dünya okeanının əmələ gəlməsi Yerin planetar inkişaf mərhələsinin
sonu, həm də Yerin geoloji inkişafının başlanğıcıdır. Beləliklə,
Yerin planetar inkişafı 6–7 mlrd. il əvvəl başlamış və 2–2,5 mlrd.
il davam etmişdir.
ÖYRƏNDİKLƏRİNİZİ
TƏTBİQ EDİN
Mətni oxuyun və oradakı 5 səhv fikri müəyyən edin.
Yerin planet kimi formalaşması.
Yer kürəsi yaranarkən ağır maddələr mərkəzə yığılmış və nüvəni
əmələ gətirmişdir. Yüngül maddələr isə Yer qabığında toplanmışdır.
Yerin nüvəsində gedən radioaktiv parçalanma reaksiyaları
maddələrin əriməsinə səbəb olmuşdur. Bu, Ay erasının başlanğıcı
idi. Nüvədən kütləvi vulkan püskürmələri başlandı. Bunun
nəticəsində nüvənin üzərində mantiya qatı yarandı. Mantiyanın
üzərində isə nazik Yer qabığı əmələ gəldi. Vulkanların püskürməsi
ilə çıxan zərərli qazlar Yerin ətrafında toplanaraq ilkin
atmosferi əmələ gətirdi. Yer qabığı yarandıqdan sonra lavanın Yer
səthinə çıxması kəskin artdı. Atmosferdə temperatur yuxarı qalxdı.
Kütləvi lava püskürmələri eyni zamanda Yer qabığını və atmosferi
yaratdı. Planetar inkişafın sonunda Dünya okeanı – Pantalas
meydana gəldi.
ÖYRƏNDİKLƏRİNİZİ
YOXLAYIN
1. Yerin təbəqələrini onların yaranması ardıcıllığına görə
qədimdən cavana doğru düzün: