ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN

Sxemə əsasən tapşırıqları yerinə yetirin:

1. Atmosferin çirklənməsində təbii və antropogen mənbələri qruplaşdırın.
2. Çirklənməyə daha çox təsir edən mənbələri göstərin.
3. Atmosferin çirklənməsi nəticəsində yaranan problemləri və onların aradan qaldırılması yollarını müəyyənləşdirin.
ATMOSFERİN ÇİRKLƏNMƏSİNDƏ TƏBİİ VƏ
ANTROPOGEN MƏNBƏLƏR
• Təyyarələr
• Avtomobillər
• Avtobuslar
• Yük maşınları
• Sənaye
• Elektrik stansiyaları
• Şəhərlər
• İldırım
• Vulkanlar
• Meşə yanğınları
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN

1. Verilən təsərrüfat sahələrinin daha çox çirkləndirdiyi təbəqələri müəyyən edib cədvələ yazın.

Təsərrüfat sahələri Metallurgiya Kimya Elektroenergetika Neft-qaz hasilatı Turizm
Təbəqələr

2. Suallara cavab verin:

a. Beynəlxalq təşkilatların ekoloji problemlərin həllində rolu nədən ibarətdir?
b. Dövlət orqanları təbiətin mühafizəsi istiqamətində necə fəaliyyət göstərməlidir?

3. Verilən ölkələri ekoloji vəziyyətin dərəcəsinə görə qruplaşdırın və cədvəli tamamlayın.

Ölkə və regionlar Ekoloji vəziyyətin dərəcəsi (gərgin/normaya yaxın)
Mərkəzi Avropa ölkələri
Norveç
İndoneziya
Şərqi Çin
Baltikyanı ölkələr
Monqolustan