Havanı çirkləndirən təsərrüfat sahələri | Torpağı çirkləndirən təsərrüfat sahələri | Su hövzələrini çirkləndirən təsərrüfat sahələri |
Su hövzələri sənaye, kənd təsərrüfatı və məişət sularının daxil olması nəticəsində çirklənir. Hər il su hövzələrinə planetimizin su həcminin 20%-i qədər çirkli sular axıdılır. Bu sularda olan çirkləndiricilərin təsirini azaltmaq üçün onlara öz həcmindən 10 dəfə artıq təmiz su qarışdırılmalıdır. Bu mümkün olmadığı üçün Yerdə içməli su problemi getdikcə kəskinləşir. Nəticədə bəzi çay və göllərin çirklənməsi fəlakət həddinə çatmışdır. Sitarum (İndoneziya), Yamuna (Hindistan), Qanq, Yansızı, Nil çayları dünyanın ən çirkli çaylarına çevrilmişdir.
Dünya okeanı da sürətlə çirklənməkdədir. Aralıq, Şimal, Azov, Qara və s. dənizlər,
Meksika, İran, Biskay körfəzləri Dünya okeanının ən çirkli su hövzələri sırasına
daxildir. Okeanın mərkəzi hissələrində, dərin çökəkliklərində radioaktiv maddələrin
(AES-lərin tullantıları, nüvə silahlarının sınaqları nəticəsində yaranan
tullantılar) miqdarı getdikcə artır. Okeanın çirklənməsində
neft və neft məhsullarının payı daha çoxdur. İldə 3 milyondan 10
milyon tona qədər neft okeana axıdılır. Tankerlərin qəzası zamanı
okeana qısa vaxt ərzində min tonlarla neft axır.