Donuzçuluq kartof əkinləri rayonlarına, iri sənaye mərkəzlərinə və əhalinin sıx məskunlaşdığı rayonlara meyil edir. Dünyanın ən böyük donuzçuluq təsərrüfatı Çində yerləşir.
Ətlik istiqamətli qoyunçuluq mülayim qurşaqda, yunluq-ətlik qoyunçuluq isə quraq və isti ölkələrdə (Avstraliya, Mərkəzi Asiya) inkişaf etmişdir. Türkmənistan, Əfqanıstan, Özbəkistan zərifyunlu qaragül qoyunçuluğunun inkişafına görə seçilir.
Balıqçılıq qədim təsərrüfat sahələrindən biridir. XX əsrin ikinci yarısından sonra onun inkişafı Atlantik okeanının şimalından Sakit okeana keçmişdir. Hazırda dəniz mühitində müxtəlif orqanizmlərin artırıldığı marikultur, dəniz və quru sularında yaşayan heyvanların süni artırıldığı sualtı fermalar olan akvakultur təsərrüfatlar inkişaf etdirilir. Belə təsərrüfatlar Yaponiya, Çin, ABŞ və Avropa ölkələrində geniş yayılmışdır. Meşə zonasının geniş yayıldığı ölkələrdə meşə təsərrüfatı və ovçuluq inkişaf etmişdir. Bu ölkələrə Rusiya, ABŞ, Kanada və s. aiddir.
“Yaşıl inqilab”ın olduğu ölkələr | Bitkiçilik sahələri |