Qarğıdalı, əsasən, onun vətəni olan Amerika qitəsində becərilir. Dünya bazarına ən çox buğda və qarğıdalı çıxarılır. Ərzaq taxılı kasıb ölkələr, yem üçün taxıl isə inkişaf etmiş ölkələr tərəfindən idxal olunur.
Dənli bitkilərdən başqa, şəkərli, lifli, yağlı və digər bitkilərin əkinləri də xeyli sahə tutur. Şəkər qamışı istehsal olunan şəkərin 60%-ni verir və subekvatorial, rütubətli tropik və musson zonalarında becərilir. Şəkər çuğunduru isə mülayim qurşağın ölkələrində istehsal edilir. Üzüm və zeytun istehsalına görə Aralıq dənizi ölkələri fərqlənir.
Pambıq | Çay | Qəhvə | Kakao | Kauçuk | Kartof |
Çin Hindistan ABŞ Braziliya Pakistan Özbəkistan Türkiyə Avstraliya |
Çin Hindistan Keniya Şri-Lanka |
Braziliya Vyetnam Kolumbiya |
Kot-d’İvuar Qana Braziliya |
Cənub-Şərqi Asiya (Tailand, İndoneziya, Malayziya) Hindistan Braziliya |
Çin Hindistan Rusiya Ukrayna ABŞ Almaniya Polşa |