Xarici planetlərə aid olan xüsusiyyətlər |
Daxili planetlərə aid olan xüsusiyyətlər |
Yerə aid olan xüsusiyyətlər |
Yerin inkişafında 2 mərhələ ayrılır: planetar və geoloji. Planetar mərhələdə Yer bir planet kimi formalaşmış, onun nüvəsi və mantiyası yaranmışdır. Geoloji mərhələ isə Yer qabığının inkişafını əhatə edir. Yarandığı ilk dövrdə soyuq səma cismi olan Yer maqnetizm xassələrinə malik deyildi. Ona görə də onun səthinə çoxlu iri asteroidlər, meteoritlər, digər səma cisimləri düşür və toqquşmalar baş verirdi. Yerin maqnetizmi artdıqca onun səthinə düşən “meteorit yağışları” da tədricən azalmışdır.
Yer planet kimi formalaşdıqdan sonra onun Günəş və öz oxu
ətrafında sürətli hərəkəti başlayır. Yer öz oxu ətrafında
fırlandıqca mərkəzdənqaçma
və mərkəzəqaçma qüvvələrinin qarşılıqlı təsiri nəticəsində
sıxılır. Ağır elementlər (dəmir, mis, nikel, plutonium, uran və
s.)
və onların birləşmələri Yerin daxili qatlarında toplanaraq onun
bərk nüvəsini yaradır. Nisbətən yüngül elementlər (alüminium,
maqnezium, silisium-oksid və s.) və onların birləşmələri isə
üst
qatlarda cəmlənir və mantiyanı əmələ gətirir.
Sıxılma nəticəsində ilkin nüvədə və mantiyada
yüksək təzyiq yaranmışdır. Bunun nəticəsində
radioaktiv elementlərin (uran, radium,
torium, plutonium və s.) zəncirvarı parçalanma
reaksiyaları baş vermiş, temperatur
artmışdır. Planetin daxilindəki mantiya maddələri
əriyərək odlu kütləyə çevrilmişdir.
Yerin üst bərk qatı olmadığından ərinti maddələri
səthə doğru maneəsiz hərəkət etməyə
başlamışdır. Nəticədə bütün Yer səthində
kütləvi şəkildə lava püskürmələri baş vermişdir.
Ayda da buna bənzər püskürmələr baş verdiyi üçün bu mərhələni
Yerin planetar
inkişafının “Ay erası” adlandırırlar. Hazırda Ayın səthində
soyumuş lavalar, nəhəng
vulkan kraterləri və konusları qalmaqdadır.