Qara metallurgiya 1970-ci illərə qədər sürətlə inkişaf etmiş, sonra ETİ-nin təsiri nəticəsində sənayedə metala tələbatın azalması ilə əlaqədar artım sürəti aşağı düşmüşdür. Hazırda polad əridilməsinin mərkəzi inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə, xüsusilə Çinə keçmişdir. Bu, onların sənayeləşməsi və həm də ekoloji təcavüz siyasəti ilə bağlıdır. Ekoloji təcavüz siyasəti inkişaf etmiş ölkələrin çirkli sənaye sahələrinə aid olan müəssisələrini inkişaf etməkdə olan ölkələrin ərazisinə köçürməsi siyasətidir.
Əgər əvvəllər metallurgiya müəssisələri xammal rayonlarında yerləşirdisə, hazırda bu müəssisələr kömürün və filizin daşındığı rayonlarda – dəniz limanlarında yerləşdirilir. Son zamanlar belə müəssisələr çox vaxt metal qırıntısı işlədən mini-zavodlar şəklində istehlakçılara yaxın ərazilərdə də tikilir.
Əlvan metallurgiya, əsasən, hasilat rayonlarında yerləşir. Alüminium əridilməsi istisna olmaqla digər əlvan metallar Latın Amerikası, Asiya və Afrika ölkələrində emal edilir.
Maşınqayırma sənayesi orada çalışanların sayı (100 mln. nəfərdən çox) və məhsulun dəyərinə görə sənaye sahələri arasında birincidir. Bu sahənin mərkəzləri həmişə