ETİ dövründə emaledici sənayenin sahəvi və ərazi quruluşunda
əsaslı dəyişikliklər baş vermişdir. Xüsusilə maşınqayırma,
elektroenergetika və kimya sənayesi sahələri daha sürətlə
inkişaf etməyə başlamışdır. Bu sahələrin artım sürəti digər sahələrdən
yüksək olduğu üçün onları “avanqard üçlük” adlandırırlar.
Elmi-texnki
tərəqqinin sürəti bu sahələrin inkişafı ilə sıx bağlıdır.
ETİ müxtəlif sənaye sahələrinin coğrafiyasına da təsir göstərmişdir. Elektroenergetika
sənayesində istehsalın yarıdan çoxu inkişaf etmiş ölkələrin payına düşür.
Elektrik enerjisinin 63%-ni İES-lər (ABŞ, Çin, Yaponiya, Rusiya, Hindistan, AFR),
16%-ə qədərini SES-lər (Çin, Braziliya, Kanada, ABŞ, Rusiya), 10%-dən çoxunu
AES-lər (ABŞ, Fransa, Yaponiya, Rusiya, AFR) istehsal edir. 1986-cı ildə Çernobıl
və 2011-ci ildə Fukusima AES-lərində
baş verən qəzadan sonra Yaponiya, Almaniya
və s. ölkələr atom-elektrik stansiyalarını
mərhələlər üzrə bağlamağı qərara
almışdır. Enerjinin qalan hissəsi
tükənməyən qeyri-ənənəvi (alternativ)
mənbələrdən alınır. Bu mənbələrə külək,
günəş, geotermal, qabarma, okean
cərəyanlarının enerjisi daxildir və onlardan
istifadə getdikcə artır.
Elektrik stansiyaları | İES | SES | AES | Alternativ stansiyalar |
Amillər | ||||
Hansı ölkələrdə tikilə bilər |