Çıxarılan filizin tərkibində ağır metalların, xüsusilə misin payı
çox az olduğundan (1–5%) onun emalı hasilat rayonlarında həyata
keçirilir. Çünki filizin daşınması baha başa gəlir. Misin yalnız
konsentrat şəklində daşınması daha əlverişlidir. Ən böyük mis
hasilatı və emalı rayonları əsas mis qurşaqları olan And ölkələri
(Çili, Peru), Mərkəzi Afrika (KDR, Zambiya), həmçinin ABŞ, Rusiya
və Çində yerləşir.
Qalay və volfram filizləri Çənub-Şərqi Asiyada (İndoneziya,
Malayziya, Tailand) daha çox çıxarılır. Qeyri-filizlər arasında
fosforitlər seçilir. Dünyada ən böyük fosforit qurşağı Şimali
Afrikadadır (Mərakeş).
ÖYRƏNDİKLƏRİNİZİ
TƏTBİQ EDİN
1. Qrafikə əsasən suallara cavab verin:
“Brent” neftinin qiyməti (1991–2022-cı illər)
a. Dünya bazarında neftin 1
barrelinin (159 l) ən yüksək və ən aşağı qiymətləri hansı illərdə
olmuşdur?
b. Neftin qiyməti son 10 ildə
necə dəyişmişdir?
c. Son illərdə neftin
qiymətinin dəyişməsi hansı ölkələrin iqtisadiyyatına güclü təsir
edir?
d. Neftin dünya bazarında
qiymətindəki son dəyişikliklər Azərbaycanın iqtisadiyyatına necə
təsir göstərmişdir?
ÖYRƏNDİKLƏRİNİZİ
YOXLAYIN
1.
Xəritə-sxemə əsasən boksit hasilatına görə fərqlənən
ölkələrin ardıcıllığını müəyyənləşdirin və suallara cavab
verin:
a. Boksit, əsasən, hansı
ölkələrə ixrac olunur?
b. Nə üçün emal rayonları
inkişaf etmiş ölkələrdə yerləşir?
2.
Verilən hasilat sənayesi sahələrinin inkişaf etdiyi
ölkələrin adlarını cədvələ yazın.
Hasilat sənayesi
|
Neft-qaz
|
Dəmir filizi
|
Mis
|
Ölkələr |
|
|
|
3. İnkişaf etməkdə olan ölkələrin çıxarılan mineral xammalın çox
hissəsini ixrac etməsi nə ilə bağlıdır?
DƏRSDƏN SONRA
Neft, təbii qaz, dəmir filizi, boksitin hasilat rayonları və
daşınma istiqamətlərini dünyanın kontur xəritəsində qeyd edin.