Ölkənin regionlarının inkişaf səviyyəsi arasında fərqləri aradan
qaldırmaq məqsədilə dövlət regional siyasət həyata keçirir.
Regional siyasət istehsalın əhalinin ərazi üzrə səmərəli
yerləşdirilməsi məqsədilə aparılan dövlət siyasətidir. Bunun üçün
dövlət hüquqi, inzibati, iqtisadi, sosial və ekoloji tədbirlər
sistemini həyata keçirir.
Regional siyasət inkişaf etmiş ölkələrdə daha geniş miqyasda
həyata keçirilir. Bu siyasət köhnə sənaye və aqrar rayonların
inkişafı, ekstremal şəraitə malik ərazilərin mənimsənilməsi, iri
şəhərlərin böyüməsinin qarşısının alınması və s. istiqamətlərdə
aparılır. İnkişaf etməkdə olan ölkələrdə isə maddi vəsaitin
çatışmazlığı üzündən regional siyasət zəif aparılır; məsələn,
Braziliya, Nigeriya, Qazaxıstan kimi ölkələr paytaxtlarını zəif
inkişaf etmiş ərazilərə köçürməklə onların inkişafına nail olmağa
çalışır.
ÖYRƏNDİKLƏRİNİZİ
TƏTBİQ EDİN
a. Dünya təsərrüfatının
63,6%-ni xidmət sferası, 30,5%-ni sənaye, 5,9%-ni kənd təsərrüfatı
təşkil edir. Bu məlumatlara əsasən dünya təsərrüfatının sahəvi
quruluşunun modelini qurun. Bu modelin aqrar, sənaye və ya
postsənaye mərhələlərindən hansına aid olduğunu müəyyənləşdirin.
b. İnkişaf etməkdə olan
ölkələrin təsərrüfatının ərazi quruluşu sxeminə əsasən inkişaf
etmiş ölkələr üçün müvafiq ərazi modelini qurun.
ÖYRƏNDİKLƏRİNİZİ
YOXLAYIN
1. Uyğunluğu müəyyən edin.
İqtisadi cəhətdən fəal əhalinin məşğul olduğu sahələr
Sənaye
Xidmət sektoru
Kənd təsərrüfatı
Ölkələr:
a) Avstraliya
b) Mali
c) İran
d) Laos
e) Pakistan
f) İspaniya
2. Təsərrüfatın ərazi quruluşunun çoxmərkəzli və təkmərkəzli formasına aid olan ölkələrə misallar
göstərin.
Çoxmərkəzli quruluşa malik ölkələr |
Təkmərkəzli quruluşa malik ölkələr |
... |
... |
3. İnkişaf etmiş və etməkdə olan ölkələrdə regional siyasəti müqayisə edin. Regional siyasətdə
olan fərqlərin səbəbini izah edin.
DƏRSDƏN SONRA
İnternet resurslarından istifadə edərək “44 günlük Vətən müharibəsindən
sonra Azərbaycanda regionların inkişafı” mövzusunda təqdimat hazırlayın.