Hər iki qrupa aid olan ölkələrdə iri sənaye müəssisələri dəniz limanlarına meyil
edir. Bu, inkişaf etmiş ölkələrin böyük miqdarda xammalı idxal etməsi, inkişaf
etməkdə olan ölkələrin isə ixrac etməsi ilə bağlıdır.
1. Diaqrama (2020-ci il) əsasən Azərbaycanın təsərrüfatının sahəvi quruluşunu müəyyənləşdirin.
Sənaye
Ticarət
Turizm
Sosial xidmətlər
Kənd təsərrüfatı və onunla bağlı sahələr
Tikinti
Nəqliyyat
Rabitə və informasiya sektoru
Vergilər
2. Azərbaycanda sənaye müəssisələrinin 60%-dən çoxu Abşeron yarımadasında cəmlənmişdir.
Qalan müəssisələr səpələnmiş şəkildə Gəncə, Mingəçevir, Şirvan və s. şəhərlərdə yerləşir.
Fikrinizcə, Azərbaycanda təsərrüfatın ərazi strukturunun hansı forması üstündür?