Təsərrüfatın ərazi quruluşunun 2 forması mövcuddur:
Əsasən inkişaf etmiş ölkələr üçün (digər ölkələrdə də rast gəlinir) təsərrüfatın ərazi quruluşunun polisentrik forması səciyyəvidir. Bu ölkələrdə iqtisadi rayonlar 4 tipə ayrılır.
İqtisadi rayonların tipləri | Xüsusiyyətləri | Nümunələr |
1. Yüksək inkişaf etmiş rayonlar | Elmtutumlu sahələr üstünlük təşkil edir. | ABŞ-da Kaliforniya, Nyu-York, İtaliyanın şimalı, Paris, London, AFR-in cənubu. |
2. Köhnə (tənəzzülə uğramış) sənaye rayonları | Vaxtilə yüksək inkişaf etmişdir, hazırda isə köhnə (ənənəvi) sənaye sahələri üstünlük təşkil edir. | ABŞ-da Appalaç, AFR-də Saar, Böyük Britaniyada Qara İngiltərə, Rusiyada Ural və Volqaboyu |
3. Aqrar rayonlar | Kənd təsərrüfatı üstünlük təşkil edir. | İtaliyanın cənubu, Fransanın qərbi, İspaniyanın mərkəzi |
4. Yeni mənimsənilən rayonlar | Ekstremal şəraitə malik ərazilər | Alyaska, Qrenlandiya, Avstraliyanın səhra rayonları, Rusiyanın Sibir regionu |
Latın Amerikası, Asiya və Afrikanın inkişaf etməkdə olan ölkələrində təsərrüfatın ərazi quruluşunun monosentrik forması üstündür. Bu, ölkələrin keçmiş müstəmləkə tarixi ilə əlaqədardır. Belə ölkələrdə təsərrüfat, əsasən, bir mərkəzdə – ölkənin paytaxtında, yaxud liman şəhərində cəmləşir. Ölkənin daxili rayonlarında, əsasən, mineral xammal və kənd təsərrüfatı məhsulları istehsal olunur, ixrac üçün paytaxta və liman şəhərinə göndərilir. Belə ölkələrdə sənaye mərkəzi ilə zəif inkişaf etmiş rayonlar (daxili tələbatın ödənilməsinə istiqamətlənmiş kənd təsərrüfatı rayonları) arasında nəqliyyat əlaqəsi də zəifdir.