buluddan yaranmışdır. Buludun sıxılması nəticəsində kiçik kosmik
qaz və toz hissəciklərinin hərəkətindən əvvəlcə çoxsaylı
asteroidlər meydana gəlmiş, sonra asteroidlər də birləşərək ilkin
soyuq Yer və digər planetləri yaratmışdır
(c).
(c) Günəş sisteminin yaranması
(O.Şmidt və V.Fesenkova görə)
ÖYRƏNDİKLƏRİNİZİ
TƏTBİQ EDİN
Əvvəlki biliklərinizə, dərslik və digər mənbələrə əsaslanaraq Yerin və kainatın yaranması haqqında
müxtəlif nəzəriyyə və fərziyyələrə uyğun müddəaları müzakirə edin.
1. Kainat 13,8 milyard il əvvəl yüksək sıxlıq və enerjiyə malik
çox kiçik kütlənin partlayışı
nəticəsində yaranmışdır (“Böyük partlayış” nəzəriyyəsi).
2. Yer və kainat gözəgörünməz qüvvə tərəfindən yaradılmışdır (dini
izah).
3. Planetlər qızmar günəşəbənzər cismin parçalanması nəticəsində
yaranmışdır (İ.Kant–
P.Laplas fərziyyəsi).
4. Yer və digər planetlər diskşəkilli soyuq kosmik buluddan
yaranmışdır (O.Şmidt-V.Fesenkov
fərziyyəsi).
5. Hansı fərziyyəni daha inandırıcı hesab edirsiniz? Fikrinizi
dəlillərlə əsaslandırın.
ÖYRƏNDİKLƏRİNİZİ
YOXLAYIN
1. Kant-Laplas və Şmidt-Fesenkov nəzəriyyələrini Venn diaqramında
müqayisə edin.
2. Dini və elmi fərziyyələrə aid iki fərqli və iki oxşar cəhət
yazın.
3. S.Hokinqin “Əgər astronavt qara dəliyə düşsəydi, bir daha geri
qayıtmazdı,
lakin onun digər hissəsindən başqa formada çıxardı” fikrini
necə izah edə bilərsiniz?
DƏRSDƏN SONRA