mürəkkəb qurğular, məsələn, robotlar insan həyatını
yüngülləşdirir, ağır və çirkli işləri yerinə yetirir, vaxta və
yerə qənaət edir, məsələn, kompüter diski bir neçə qalın kitaba
yerləşən informasiyanı saxlayır.
Əks fikrin tərəfdarlarına görə isə yeni texnologiyalar insanda
işləmək həvəsini azaldır və onu tənbəlləşdirir. Onların fikrincə,
bütün yeni qurğular şüalanma qabiliyyətinə malikdir və insanların
sağlamlığına ciddi ziyan vurur. Vaxt keçdikcə insanlar daha çox
kompüterdən asılı olmağa, təhsildən və işdən yayınmağa meyil
edirlər. Yaxın gələcəkdə bir çox peşə sahiblərinin robotlarla əvəz
ediləcəyi söylənilir.
1. Yeni qurğuların insan həyatına hansı təsirləri daha çoxdur:
mənfi, yoxsa müsbət? Fikrinizi əsaslandırın.
2. Müasir robotların insanları tənbəlləşdirməsi fikrinə necə
münasibət bəsləyirsiniz?
3. Yeni kompüter və robotların hər bir sahədə, xüsusilə hərbi
sahədə çoxalması hansı fəsadlar yarada bilər?
ÖYRƏNDİKLƏRİNİZİ
YOXLAYIN
1. Cədvəli dəftərinizə köçürün və tamamlayın.
Texnika və texnologiyaların təkamül yolu ilə inkişaf etdiyi
ölkələr
|
Texnika və texnologiyaların inqilab yolu ilə inkişaf etdiyi
ölkələr
|
|
|
2. Kosmikləşmənin coğrafiya elminin inkişafındakı rolunu izah
edin. Cavabınızı misallarla əsaslandırın.
3. ETİ dövründə istehsalın inkişaf istiqamətlərinin iqtisadiyyata
təsirinin nəticələrini əsaslandırın.
DƏRSDƏN SONRA
“Azərbaycanda texnoparkların yaradılması ölkə iqtisadiyyatına nə
vəd edir?” mövzusunda təqdimat hazırlayın.
50
ELMİ-TEXNİKİ İNQİLABIN
DÜNYA TƏSƏRRÜFATINA TƏSİRİ
Sxemdə təsərrüfatın sektorları arasında işçi qüvvəsinin
yerdəyişməsi təsvir olunmuşdur.
I SEKTOR:
tədarük və
hasilat
II SEKTOR:
emal
İŞÇİ QÜVVƏSİ
III SEKTOR:
xidmət
IV SEKTOR:
informasiya
– Sxemdə verilən sektorlara hansı sahələr daxildir?
– İşçi qüvvəsinin I və II sektorlardan III və IV sektorlara
keçməsinin səbəbini nə ilə izah etmək olar?
ETİ dünya təsərrüfatının sahəvi və ərazi quruluşuna (strukturuna)
güclü təsir etmişdir. Təsərrüfatın sahəvi quruluşu dedikdə dünya,
region və ölkənin ÜDM-də