Müasir texnika və texnologiyanın inkişafında təkamül və inqilab yolu ayrılır. Təkamül yolu ilə texnika və texnologiya tədricən, inqilab yolu ilə isə sıçrayışla inkişaf edir, yenilənir. İnqilab yolu ilə inkişaf öz təzahürünü elektron sənayesinin inkişafında tapmışdır.
Elektron- laşdırma |
Avtomat- laşdırma |
Energetika təsərrüfatının yenidən qurulması və inkişafı | Yeni materialların istehsalı | Biotexnologiyanın inkişafı | Kosmikləşmə |
Bütün sektorların kompüterlərlə təminatı | İstehsalda mikroprosessorların – robotların tətbiqi | Tükənməyən enerji mənbələrindən istifadə | Yeni konstruksiyalı materialların – keramika, yarımkeçiricilər, optik liflər, berillium, litium və titanın istehsalı | Canlı orqanizmlərdən istifadə edərək yeni məhsulların istehsalı | Kosmik tədqiqatların istehsala tətbiqi (aerokosmik sənaye) |
Biotexnologiya canlı orqanizmlərdən və bioloji proseslərdən istifadə edərək müxtəlif növ qiymətli məhsulları istehsal edən sahədir. Biotexnologiyanın əsas sahəsi gen mühəndisliyidir. Bu sahə dərmanlar, GMO məhsulları (meyvələr, heyvandarlıq məhsulları), heyvanların klonları və s.-nin istehsalı ilə məşğul olur.
İdarəetmə. Hazırda “informasiya partlayışı” şəraitində elmi
biliklərin həcmi və
məlumat mənbələri getdikcə artır. Bu səbəbdən adi kağızlı informasiyadan maşın
informasiyasına keçmək zərurəti yaranmışdır.
İdarəetmə öz əksini
sistemlərinin
Belə ki, müəssisələrdə bütün texnoloji
proseslər vahid elektron mərkəzdən idarə olunur.
Müasir coğrafiyada idarəetmə öz əksini
CİS formasında tapmışdır.