tapır. Müasir dövrdə elm və istehsal arasında əlaqə daha da genişlənmiş və onların birləşməsinə – texnoparklar və texnopolislərin yaranmasına səbəb olmuşdur.
Texnoparklar böyük universitet və laboratoriyalar ətrafında formalaşan elmtutumlu şirkətlərdir. Texnopolislər isə innovasiya texnologiyalarının işlənib-hazırlanması, elmtutumlu sahələrin inkişafı və elmi kadrların hazırlanması məqsədilə yaradılmış mərkəzlərdir. Texnopolislər daha böyük əraziləri əhatə edir. Texnopark və texnopolislərdə elmi ixtiralar qısa zamanda istehsala tətbiq edilir və böyük səmərə verir.
3. İnsanların zehni və intellektual əməyinə tələbatın artması.
4. Elmin dərininə inkişafı. Belə ki, elm artıq hüceyrələrə, Yerin dərinliklərinə və kosmosa nüfuz edir.
İqtisadçılar və sosioloqlar müasir ETİ-nı bir-biri ilə sıx bağlı olan 4 tərkib hissəyə bölürlər: 1. Elm. 2. Texnika və texnologiya. 3. İstehsal. 4. İdarəetmə.
ETİ dövründə elm mürəkkəb biliklər kompleksinə çevrilmişdir. Elmin istehsalla sıx əlaqəsi elmtutumlu sahələrin yaranmasına səbəb olmuşdur. Bu sahələr, əsasən, inkişaf etmiş ölkələrdə geniş yayılmışdır. Dünyada elmi-tədqiqat və təcrübə-konstruktor işlərinə (ETTKİ və ya Research and Development – R&D) qoyulan investisiyaların həcminə görə ABŞ, Yaponiya, Qərbi Avropa (xüsusilə Almaniya), İsrail, Çin və Hindistan fərqlənir.
Yeni texnika və texnologiyanın tətbiqi əmək məhsuldarlığının artırılmasına, təbii ehtiyatlardan qənaətlə istifadə etməyə imkan verir. Yeni texnologiyaların tətbiqinə görə ABŞ, Yaponiya və Almaniya xüsusilə seçilir.