enerji ehtiyatlarına malik dağ çaylarında elektrik stansiyalarının
tikilməsi ilə bağlı yerli və xarci şirkətlərlə müqavilələr
bağlanmışdır. Regionda “Ağdam sənaye parkı”, “Araz vadisi iqtisadi
zonası”nın yaradılması ərazidəki rayonların sosial-iqtisadi
inkişafını təmin edəcəkdir. Qarabağın düzənlik ərazilərində
suvarma əkinçiliyi, üzümçülük, pambıqçılıq, taxılçılıq, dağlıq
ərazilərində isə dağ-mədən, heyvandarlıq və bunlarla bağlı emal
sənayesi müəsisələrinin tikintisi nəzərdə tutulur. Dağlıq rayonlar
həm də zəngin turizm-rekreasiya (füsunkar təbiət, mineral
bulaqlar, tarixi abidələr) ehtiyatları ilə zəngindir.
Qarabağın işğaldan azad olunması Azərbaycanda bir çox mühüm
iqtisadi, siyasi və sosial problemlərin həlli üçün açar rolunu
oynayır.
ÖYRƏNDİKLƏRİNİZİ
TƏTBİQ EDİN
Xəritələrdən istifadə edərək cədvəli tamamlayın.
İnzibati rayonlar |
Onların ərazisində inkişaf etdirilə biləcək təsərrüfat sahələri |
1. |
|
2. |
|
3. |
|
4. |
|
5. |
|
6. |
|
7. |
|
8. |
|
ÖYRƏNDİKLƏRİNİZİ
YOXLAYIN
1. Mətndən istifadə edərək sxemi tamamlayın.
Vətən müharibəsində qələbənin qazanılmasında rolu olan amillər
1. TƏBİİ
...
2. İQTİSADİ
...
3. HƏRBİ
...
4. SİYASİ
...
2. Qarabağa “Böyük qayıdış” lahiyəsinin həyata keçirilməsi hansı problemlərin həllinə səbəb ola
bilər? Buna aid təkliflərinizi irəli sürün və onları əsaslandırın.