Hərbi əməliyyatlarının bitməsi, yeni – quruculuq mərhələsinin başlanğıcıdır. İşğal altında olmuş ərazilərdə quruculuq işlərinin aparılması və əhalinin buraya köçürülməsi hazırda dövlətin qarşısında duran ən mühüm vəzifədir. Qarabağda “Böyük Qayıdış”a nail olmaq üçün müxtəlif sahələrdə iqtisadi layihələrin həyata keçirilməsi dövrü başlanmışdır.
Regionda Ağdam – Xankəndi dəmir yolu, Əhmədbəyli (Füzuli) – Şuşa, Tərtər – Suqovuşan avtomobil yolları çəkilir. Zəngilanda – Vejnəli, Kəlbəcərdə – Zod (Söyüdlü) qızıl yataqlarının istismarı, Xudafərin və Suqovuşan SES-ləri, həmçinin