ÖYRƏNDİKLƏRİNİZİ
TƏTBİQ EDİN
Verilən xüsusiyyətlər əsasında Türkiyə ilə Rusiyanın geosiyasi
mövqeyini müqayisə edin və cədvəli tamamlayın.
Ölkələr
Xüsusiyyətlər
|
Türkiyə
|
Rusiya
|
1. Regiondakı siyasi vəziyyət, münaqişələrin olması
|
|
|
2. Ölkənin müttəfiqlərinə və rəqiblərinə görə mövqeyi
|
|
|
3. Qonşu dövlətlərdə və ölkənin daxilində siyasi vəziyyət
|
|
|
ÖYRƏNDİKLƏRİNİZİ
YOXLAYIN
1. Ölkələrin inkişaf səviyyəsi ilə onların iqtisadi-coğrafi və geosiyasi mövqeyi arasında əlaqəni
izah edin. Buna misallar göstərin.
2. Verilmiş ölkələrdən materikdaxili mövqeyə malik olan, lakin əlverişli geosiyasi mövqeyi və
yüksək inkişaf səviyyəsi ilə fərqlənən ölkələri seçin. Fikrinizi əsaslandırın.
a. CAR; b. Meksika; c. Avstriya; d. Monqolustan; e. Çexiya; f. Əfqanıstan; g. İsveçrə; h. Kanada
47
AZƏRBAYCANIN TÜRK DÜNYASINDA VƏ DÜNYADA
GEOSİYASİ MÖVQEYİ. LAYİHƏ
Verilən mövzulardan biri üzrə təqdimat hazırlayın.
Təqdimatı hazırlayarkən aşağıdakı plandan istifadə edin.
Mövzu 1 • Azərbaycanın fiziki-coğrafi mövqeyi
1. Azərbaycanın yerləşdiyi yarımkürələr, coğrafi koordinatlar, materik, qitə və region.
2. Azərbaycanın ucqar nöqtələri və onların yerləşdiyi inzibati rayonlar.
3. Azərbaycanın daxil olduğu istilik, işıqlanma, iqlim, təzyiq və saat qurşaqları.
4. Azərbaycanın həmsərhəd olduğu ölkələrlə sərhədlərinin və Xəzərin ölkəmizə aid sahil
xəttinin uzunluğu.
5. Azərbaycanı digər ölkələrdən ayıran təbii obyektlərin Xəzərdən başlayaraq ardıcıllığı
(dağlar, düzənliklər, çaylar, göllər).
Mövzu 2 • Azərbaycanın iqtisadi-coğrafi mövqeyi
1. Azərbaycanın yerləşdiyi region və həmsərhəd olduğu ölkələr.
2. Qonşu ölkələrin iqtisadi inkişaf səviyyəsi və bunun Azərbaycanın iqtisadiyyatına təsiri.
3. Xəzərsahili mövqeyin Azərbaycanın iqtisadiyyatında rolu.
4. Azərbaycanın İCM-nin əlverişsiz xüsusiyyətləri (Dünya okeanına çıxışın olmaması,
Naxçıvanın mövqeyi və s.) və bunun ölkəmiz üçün yaratdığı problemlər.
5. Müstəqillik illərində Azərbaycanın İCM-nin yaxşılaşdırılması istiqamətində həyata
keçirilən layihələr.
6. Azərbaycanın türk dövlətləri arasında iqtisadi cəhətdən əlaqələndirici rolu.
Mövzu 3 • Azərbaycanın geosiyasi mövqeyi
1. Azərbaycanın Avropa və Asiyanın qovşağında mövqeyi (Avropa və Asiya hissəsi).
2. Azərbaycanın üzv olduğu beynəlxalq və regional (siyasi və iqtisadi) təşkilatlar.
3. Qonşu ölkələr və onlarla siyasi münasibətləri.
4. Azərbaycanla qonşu ölkələrin bir-biri ilə münasibətləri və bunun ölkəmizin geosiyasi
mövqeyinə təsiri.
5. 2020-ci ildə baş vermiş Vətən müharibəsində Azərbaycanın qələbəsi və bu qələbənin
nəticələri.
6. Azərbaycanın türk dünyasında siyasi əlaqələndirici rolu.