Coğrafi mövqe ölkənin digər ölkə
və coğrafi obyektlərə nəzərən mövqeyidir. Hər bir ölkə bir neçə
ölkə ilə quru və ya su sərhədlərinə malik olur və bu sərhədlər
müxtəlif
təbii obyektlərdən keçir. Həmsərhəd ölkələrin
çox olması ölkənin iqtisadi inkişafı üçün
xüsusi əhəmiyyətə malikdir. Bu, geniş sosial-iqtisadi
əlaqələrin qurulmasına imkan verir.
Ölkənin mövqeyi
fiziki, iqtisadi və siyasi
baxımdan qiymətləndirilir.
Fiziki-coğrafi mövqe – ölkənin
materik və
okeanlara, dağ və düzənliklərə, digər təbii obyektlərə nəzərən
mövqeyidir.
İqtisadi-coğrafi mövqe (İCM) – ölkənin coğrafi mövqeyi ilə bağlı olan, onun iqtisadi inkişafına təsir edən təbii və iqtisadi amillərin məcmusudur. Əgər ölkənin dənizə çıxışı varsa, böyük nəqliyyat magistrallarına və mühüm faydalı qazıntı yataqlarına yaxındırsa, onunla qonşu olan ölkələrin inkişaf səviyyəsi yüksəkdirsə, bu həmin ölkənin iqtisadi inkişafına təkan verir.
Siyasi-coğrafi mövqe – ölkənin dövlətlərarası siyasi münasibətlər sistemindəki mövqeyidir. Bu, ilk növbədə, ölkənin regiondakı mövqeyidir, hərbi və siyasi təşkilatlara, siyasi münaqişə ocaqlarına nəzərən dəyərləndirilir. Qlobal miqyasda siyasi- coğrafi mövqe geosiyasi mövqe adlanır.
Coğrafi mövqe
Ölkə
|
Fiziki-coğrafi mövqe | İqtisadi-coğrafi mövqe | Siyasi-coğrafi mövqe |