Dünyanın müasir siyasi xəritəsində 230-dan
çox ölkə vardır. Ölkələrin sayının çoxluğu onların
ətraflı öyrənilməsini bir qədər çətinləşdirir.
Bu səbəbdən dünya ölkələrinin müxtəlif xüsusiyyətlərinə görə təsnifatı aparılır.
Əlamətlər | Sahəsinə görə (iri, böyük, kiçik və mikro dövlətlər) | Coğrafi mövqeyinə görə (ada, yarımada, dənizsahili, materikdaxili) | İnkişaf səviyyəsinə görə (inkişaf etmiş və inkişaf etməkdə olan) |
Ölkələr | ... | ... | ... |
Siyasi xəritənin formalaşması bəşəriyyətin inkişafını əks etdirən bir prosesdir. Yüz illər ərzində dövlətlərin yaranması və parçalanması, sərhədlərin dəyişməsi, yeni torpaqların kəşfi və müstəmləkələrə çevrilməsi, dünyanın böyük dövlətlər tərəfindən bölüşdürülməsi siyasi xəritədə öz əksini tapmışdır. Dünyanın müasir siyasi xəritəsi iqtisadi coğrafiyanın qolu olan siyasi coğrafiya tərəfindən öyrənilir.
Dünyanın siyasi xəritəsinin formalaşmasında 4 mərhələ ayrılır: 1. Qədim dövr. 2. Orta əsrlər dövrü. 3. Yeni dövr. 4. Ən yeni dövr.
Qədim dövr eramızın V əsrinə qədər davam etmişdir. Bu dövrdə Avropa və Şərq sivilizasiyalarının ilk quldar dövlərləri – Qədim Misir, Karfagen, Qədim Yunanıstan, Qədim Roma, həmçinin Hindistan, Çin yaranmışdır.