Azərbaycanda kənd yaşayış məntəqələri üstünlük təşkil edir. Hər kənddə orta hesabla 750 nəfər yaşayır. Son zamanlar ölkədə kəndlərin sayının azalması müşahidə edilir. Bu proses kənd əhalisinin şəhərlərə, xüsusilə paytaxta miqrasiyası ilə bağlıdır. Hazırda ölkədə aparılan iqtisadi islahatların çox hissəsi Abşeron yarımadasında, eyni zamanda Bakı və Sumqayıt şəhərlərində həyata keçirilir. İri sənaye və tikinti şirkətlərinin bu ərazidə yerləşməsi ölkədə iş yerlərinin də çox hissəsinin burada cəmlənməsinə səbəb olmuşdur. Nəticədə urbanizasiya prosesi sürətlənmiş və hazırda ölkə əhalisinin 53%-dən çoxu şəhərlərdə yaşayır*.
Əhalisinin sayına görə ən böyük şəhərlər Bakı, Gəncə, Sumqayıt və Şirvandır. Bakı Qafqazın ən iri şəhər aqlomerasiyasına çevrilmişdır. Burada 2,3 mln. nəfər (2021) əhali vardır. Azərbaycan əhalisinin 23%-ə qədəri, şəhər əhalisinin isə 43%-i burada yaşayır. Sumqayıtda 346 min, Gəncədə isə 336 min əhali vardır.
İllər |
Əhalinin ümumi sayı, min nəfər |
o cümlədən: | Bütün əhaliyə nisbətən | ||
şəhər əhalisi (min nəfər) |
kənd əhalisi (min nəfər) |
şəhər əhalisi (%) |
kənd əhalisi (%) |
||
2010 | 8997,6 | 4774,9 | 4222,7 | 53,1 | 46,9 |
2014 | 9477,1 | 5045,4 | 4431,7 | 53,2 | 46,8 |
2018 | 9898,1 | 5237, 8 | 4660,3 | 52,9 | 47,1 |
2021 | 10 153 | 5 381 | 4 772 | 53 | 47 |