Azərbaycan ərazisində əhali qeyri-bərabər məskunlaşmışdır. Ölkədə əhalinin 76%-i düzən və hündürlüyü 500 m-ə qədər olan ərazilərdə yaşayır. Ən yüksək yaşayış məntəqələri Kəlbəcərdə – Yuxarı Bağırsaq (2330 m) və Qubadakı Xınalıq (2350 m) kəndləridir. Azərbaycanda əhalinin orta sıxlığı hər km2-də 117 nəfərdir. Əhali sıxlığının müxtəlifliyi ayrı-ayrı regionlarda təbii şəraitin müxtəlifliyi və əhalinin təbii artımının fərqli olması ilə əlaqədardır. Ən çox sıxlıq Abşeron yarımadasında, xüsusilə Bakıdadır (1075 nəfər/km2), ən az sıxlıq isə orta və yüksək dağlıq ərazilərdə, həmçinin çox isti və quraq iqliminə görə seçilən bəzi düzənlik ərazilərdədir.
Əhalinin sıxlığı 50 nəfər/km2 -dən az |
Əhalinin sayı sıxlığı 50 –100 nəfər/km2 |
Əhalinin sayı sıxlığı 100 nəfər/km2-dən çox |