Azərbaycan Respublikası əhalisinin sayına görə Cənubi Qafqaz ölkələri arasında birinci yeri tutur. Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da əhali, əsasən, XX əsrdə sürətlə artmışdır. 1900-cü ildə Azərbaycanda əhalinin sayı 2 mln. nəfər idi. SSRİ dağılan ərəfədə (1990) təbii artım hər 1000 nəfərə 20 nəfər olmuş, sonra 2003-cü ildə 8 nəfərə düşmüşdür. 2015-ci ildə təbii artım çoxalmış, hər 1000 nəfərə 11,7 nəfər təşkil etmişdir. Əhalinin ümumi sayı 2016-cı ildə 9 mln. 705 min nəfərə çatmışdır. 2021-ci ildə Azərbaycan əhalisinin sayı 10 mln. 153 min nəfər olmuşdur. Əhalinin təbii artımı 0,8% təşkil etmişdir. Ən yüksək təbii artım Lənkəran, Naxçıvan və Kür-Araz ovalığının bir çox rayonlarında müşahidə edilir.
İllər |
Əhalinin sayı – cəmi min nəfər |
İl ərzində ümumi artım |
Əhalinin təbii artımı (hər min nəfərə) |
|
min nəfər | faizlə | |||
2010 | 8997,6 | 113,5 | 1,3 | 12,614 |
2011 | 124,0 | 1,4 | 13,610 | |
2012 | 9235,1 | 121,4 | 1,3 | 13,145 |
2013 | 9356,5 | 120,6 | 12,889 | |
2014 | 9477,1 | 1,2 | 12,229 | |
2015 | 9593,0 | 112,6 | 1,2 |