Urbanizasiya səviyyəsinin aşağı olduğu inkişaf etməkdə olan ölkələrdə bu proses “eninə” inkişaf edir, şəhər əhalisi isə sürətlə artır. Bu ölkələrdə əhali iş yerləri tapmaq məqsədilə sürətlə kəndlərdən şəhərlərə köçür. Onlar, əsasən, şəhər ətrafında məskunlaşaraq məişət şəraiti əlverişsiz olan kasıb rayonlar hesabına şəhərin genişlənməsinə səbəb olurlar. Belə rayonları Afrikada bidonvil, Latın Amerikasında favela, Türkiyədə gecəqondular adlandırırlar. Gecəqonduların sakinləri əslində kənd həyat tərzi keçirir. Bu səbəbdən kasıb ölkələrdə kənd əhalisinin şəhər ətrafına köçməsi prosesinə yalançı urbanizasiya deyilir. Şəhərə köçən əhalinin sayı burada iş yerlərinin sayını və şəhərlərin inkişaf sürətini ötüb-keçir.
Suburbanizasiyanın səciyyəvi olduğu ölkələr |
Yalançı urbanizasiyanın səciyyəvi olduğu ölkələr |
... | ... |
Şəhər əhalisinin illik artımının 4/5 hissəsi inkişaf etməkdə olan ölkələrin payına düşür. Bu ölkələrdə şəhər əhalisinin sayı onların varlı ölkələrdəki sayını ötüb-keçir. Milyonçu şəhərlərin çox hissəsi inkişaf etməkdə olan ölkələrdə, xüsusilə Asiya qitəsində yerləşir. Böyük şəhərlərin sürətlə böyüməsi elmdə “şəhər partlayışı” adını almışdır. İnkişaf etməkdə olan ölkələrdə urbanizasiya prosesi sistemsiz xarakter almış və onun idarə olunması daha da çətinləşmişdir.
Dünya ölkələrində urbanizasiya prosesinin tənzimlənməsi və idarə olunması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də göydələnlərin tikilməsidir.