Urbanizasiya səviyyəsi yüksək olan ölkələr | Urbanizasiya səviyyəsi orta olan ölkələr | Urbanizasiya səviyyəsi aşağı olan ölkələr |
Urbanizasiyanın artım sürəti, əsasən, onun səviyyəsindən asılıdır. Yüksək urbanizasiya səviyyəsinə malik inkişaf etmiş ölkələrin əksəriyyətində son dövrlərdə şəhər əhalisi yavaş artır. Hazırda bu ölkələrdə şəhərlərin sakinləri onların mərkəzində deyil, şəhərkənarı ərazilər və kənd yerlərində yaşamağa üstünlük verirlər. Şəhərlərə isə yalnız işləmək üçün gəlirlər. İnkişaf etmiş ölkələrdə əhalinin şəhərlərin mərkəzindən şəhər kənarları və kəndlərə köçməsi prosesinə suburbanizasiya deyilir. Bu, iri şəhərlərdə bir sıra ekoloji, sosial, psixoloji amillərin təsiri ilə əlaqədardır. Suburbanizasiya prosesində şəhərlərin “dərininə inkişafı” baş verir.