43
URBANİZASİYA. REGİONAL
FƏRQLƏR
Diaqramda regionlar üzrə şəhər əhalisinin payının
proqnozlaşdırılmış dəyişməsi əks olunmuşdur.
– Şəhər əhalisi payının ən aşağı və ən yuxarı olduğu regionlar
hansılardır?
– 2030-cu il üçün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin
yerləşdiyi regionlarda urbanizasiyada hansı dəyişiklikləri
müşahidə etmək olar?
Açar sözlər
• suburbanizasiya
• yalançı urbanizasiya
Şəhərləşmə prosesi ümumi xüsusiyyətlərə malik olsa da, müxtəlif regionlar və
ölkələr üzrə kəskin fərqlər mövcuddur. Daha çox fərq yüksək və zəif inkişaf etmiş
ölkələr arasında müşahidə olunur. İnkişaf etmiş ölkələrdə
şəhər əhalisinin payı çox yüksək, inkişaf etməkdə olan ölkələrdə
isə nibətən aşağıdır.
Dünyada urbanizasiya səviyyəsi