Aqlomerasiyalar böyüyərək meqalopolisə çevrilir. Meqalopolis – şəhər aqlome-rasiyalarının ölkənin müəyyən hissəsində toplanması, qovuşması nəticəsində yaranan iri şəhər məskunlaşma formasıdır. Dünyada 6 meqalopolis vardır. Onlardan üçü ABŞ-da (Bos-Vaş, Çi-Pits və San-San), ikisi Qərbi Avropada (Reynboyu və İngiltərə: birlikdə “Göy banan” adlanır), biri Yaponiyada (Tokaydo) yerləşir.
Meqalopolislər | Reynboyu | İngiltərə | Tokaydo | Bos-Vaş | San-San | Çi-Pits |
Şəhər aqlomerasiyaları |
Müasir dövrdə urbanizasiya prosesi ətraf mühitə güclü təsir edən amillərdən birinə çevrilmişdir. Ətraf mühitin çirklənməsinin 3/4 hissəsi urbanizasiya ilə bağlıdır. Şəhərlər qurunun cəmi 2–3% ərazisini tutsa da, əhalinin və istehsalın yarıdan çoxu onların payına düşür. İri şəhər aqlomerasiyalarında havanın çirklənməsi nəticəsində tüstü dumanı – smoq yaranır. Dünyanın ən çirkli şəhərləri Çin, Hindistan, Rusiya və bəzi Afrika ölkələrində yerləşir.