Dünyada əhali məskunlaşmasının 2 əsas forması mövcuddur: kənd və şəhər. Kənd yaşayış məntəqələri qrup və dağınıq formalarda olur. Qrup tipli kənd yaşayış məntəqələri Avropa, Asiya və Afrika, həmçinin Azərbaycanda geniş yayılmışdır.
Dağınıq və ya ferma tipli kənd yaşayış məntəqələrində bir və ya bir neçə ailə yaşayır. Fermalar (ranço, fazenda) bir-birindən uzaq məsafədə yerləşir. Onlar daha çox Amerika, Avstraliya və Şimali Avropa ölkələrində yayılmışdır.
Həyat tərzi | Müsbət cəhətləri | Mənfi cəhətləri |
Şəhər | ||
Kənd |
Müasir dövrdə əhalinin yerləşməsi daha çox şəhərlərin coğrafiyası ilə müəyyən edilir. Dünya ölkələri üçün vahid şəhər anlayışı mövcud deyil. Məsələn, Şimali Avropanın əksər ölkələrində əhalisinin sayı 200 nəfər, Kanada və Avstraliyada 1000 nəfər, ABŞ və Meksikada 2,5 min nəfər, Hindistan və İranda 5 min nəfər, Yaponiyada isə 30 min nəfərdən çox olan yaşayış məntəqəsi şəhər sayılır. Şəhərlərin və şəhər əhalisinin çoxalması, şəhər həyat tərzinin yayılması prosesi urbanizasiya adlanır. Müasir urbanizasiya prosesinin 3 əsas xüsusiyyəti vardır: