2. Ölkələrin əhali sıxlığını müqayisə edin. Hər bir ölkədə əhalinin daha sıx məskunlaşdığı ərazilər haqqında nə deyə bilərsiniz?
3. Hansı ölkənin daxilində əhali sıxlığında daha kəskin fərqlər var? Bunun səbəbini izah edin.
4. b ölkəsində əhali sıxlığının daha yüksək olduğunu nə ilə izah etmək olar?
5. Verilən ölkələrdə əhali sıxlığının çox və ya az olması ilə bağlı yaranan problemləri qeyd edin, onların həlli yollarına aid fikirlərinizi söyləyin.
Əhali sıxlığı (nəfər/km2 )
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN

1. Cədvəli dəftərinizə çəkin və əhalisi, əsasən, dağlıq ərazilərdə məskunlaşan ölkələri qitələr üzrə qruplaşdırın.

Qitələr Dağlıq relyefə malik olan ölkələr
Avropa
Asiya
Amerika

2. Hansı ölkələrin ərazisində ekstremal şəraitə malik regionlar mövcuddur? Bu ərazilərin mənimsənilməsi hansı problemlərin həllinə kömək edə bilər?

3. Müvafiq hesablamalar aparmaqla cədvəli tamamlayın.

Ölkələr Ölkələrin ərazisi (km2 ) Əhalinin sayı (nəfər) Əhalinin sıxlığı (nəfər/km2 )
Almaniya 357 021 83 349 300
ABŞ 333 666 025 34
Türkiyə 783 562 110
DƏRSDƏN SONRA
İnternet resurslarından istifadə edərək dünyada əhali sıxlığının yaratdığı problemlər və onların həlli yolunda görülən tədbirlər haqqında təqdimat hazırlayın.