Əhalinin sıxlığı xəritə-sxeminə əsasən əhalinin daha az
məskunlaşdığı əraziləri və əhali sıxlığı çox yüksək olan ölkələri
müəyyənləşdirin. Onlar hansı materiklərdə daha böyük sahə tutur?
La-Pas. Boliviya.
Dünyanın
ən hündür pay-
taxt
şəhəri (dəniz
səviyyəsindən
3625 m
hündürlükdə
yerləşir)
Əhali sıxlığının yüksək olduğu ərazilərdə ekoloji,
sosial-iqtisadi, təbii resursların tükənməsi problemləri yaranır.
Bu problemlər əhalinin təbii artımının daha yüksək olduğu inkişaf
etməkdə olan ölkələrdə daha kəskin xarakter alımışdır.