ÖYRƏNDİKLƏRİNİZİ
TƏTBİQ EDİN
Dünya ölkələrində işsizlik səviyyəsi qrafikini təhlil edin və
suallara cavab verin.
1.
İşsizlik səviyyəsinin aşağı və yüksək olduğu ölkələri
qrupaşdırın və səbəbini izah edin.
2.
Avropada işsizlik səviyyəsinə görə bir-birindən xeyli
fərqlənən ölkələr hansılardır? Bunun səbəbini necə izah edə
bilərsiniz?
3.
Verilən ölkələrdə işsizlik probleminin həlli
üçün hansı tədbirlər həyata keçirilməlidir??
ÖYRƏNDİKLƏRİNİZİ
YOXLAYIN
1.
Seçiminizə görə bir inkişaf etmiş ölkə və ya
inkişaf etməkdə olan ölkədə əhali artımının
xüsusiyyətləri və bununla bağlı meydana çıxan
problemlər haqqında qısa təqdimat hazırlayın.
Problemlərin həlli yollarına dair fərziyyələrinizi
qeyd edin.
2.
Əhali artımının miqrasiya prosesinə və əhalinin
həyat səviyyəsinə təsirini izah edin.
3.
Sxemə əsasən hansı qrup ölkələrdə (a və b )
əhali artımı ilə bağlı problemlərin daha kəskin
olduğunu müəyyənləşdirin. Hər iki qrup ölkələrə
misallar göstərin.
Əhalinin sayı, mlrd. nəfər