Dünyada əhalinin sürətlə artması bir sıra problemlərin yaranmasına səbəb olur.
Maddi istehlakın artması. Əhali artdıqca onun ərzaq, su, gündəlik tələbat mallarına ehtiyacı da artır. Bu isə öz növbəsində, həyat səviyyəsinin aşağı düşməsinə səbəb olur.
Şəhərlərin böyüməsi. Kənd təsərrüfatı istehsalı çox əməktutumlu olmadığından, artan əhali şəhərlərə üz tutur.
Ətraf mühitin çirklənməsi. Bu, şəhərlərin artması, məişət tullantılarının çoxalması, kənd təsərrüfatının intensivləşdirilməsi hesabına baş verir. Çirklənmə insanların genofondunun pisləşməsinə səbəb olan xəstəliklərin yayılmasına gətirib çıxarır. Məsələn, 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində naməlum mənşəli pnevmoniya xəstəliyi aşkar edildi. BMT nəzdində fəaliyyət göstərən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu xəstəliyi koronavirus – 2019-n COV adlandırdı və 2020-ci ili pandemiya ili (pandemiya – böyük ərazidə yayılan və çoxlu sayda insana təsir edən epidemiya deməkdir) elan etdi. COVİD–19 xəstəliyi müxtəlif formalarda dünya ölkələrində, o cümlədən Azərbaycanda yayıldı.
Həyat səviyyəsinin aşağı düşməsi. Onun əsas amilləri çoxuşaqlılıq və bununla bağlı ailə büdcəsinin azalması, torqağın və mənzillərin, həmçinin yaşamaq üçün zəruri olan bütün resursların qiymətinin qalxması ilə bağlıdır.
Əhalinin yaş və cins tərkibinin dəyişməsi. Gənc yaşda olan əhalinin çoxalması işsizlik səviyyəsinin artmasına səbəb olur.
Əhalinin sıxlığı. Bu amil ətraf mühitin çirklənmə sürətini artırır, insanlarda hormonal pozuntuların yaranmasına, ailədə və cəmiyyətdə təcavüzkarlıq meyillərinin çoxalmasına səbəb olur. Yüksək sıxlığın sosial-psixoloji fəsadlarına narkomaniya, cinayətkarlıq və s. aiddir.
Dünya ölkələrinin çoxu qlobal demoqrafik problemin vacibliyini dərk edir və bu istiqamətdə səylərini birləşdirməyə çalışır. Əhalinin təbii və mexaniki artımı ilə bağlı problemlərin həlli ilə BMT-nin Əhali Fondu məşğul olur. Problemin əsas ağırlıq