Fiziki-coğrafi rayonlar
Təbii-coğrafi xüsusiyyətləri
|
Lənkəran rayonu | Talış rayonu | Şərur– Ordubad | Günnüt– Qapıcıq |
Relyefi | ||||
Süxurların yaşı | ||||
Faydalı qazıntıları, mineral suları |
Lənkəran vilayətində ovalıqda və dağətəyində sarı torpaqlar üzərində meşələr geniş yer tutur. Meşələrdə çoxlu endemik və relikt bitkilər vardır. Digər vilayətlərdən fərqli olaraq Talış dağlarının ətəklərində meşələr, onlardan yuxarıda isə dağ çölləri və kserofit kolluqlar kimi quraq lanşaftları yayılmışdır. Bu, landşaft inversiyası * adlanır. Bunun səbəbi Talış dağlarında hündürlüyə doğru yağıntıların azalmasıdır. Dağların alçaq hissələrində qonur-meşə, yuxarı hissələrində qəhvəyi dağ-meşə torpaqları yayılmışdır.
Orta Araz vilayətində torpaq, bitki örtüyü, landşaft qurşaqları yüksəklik qurşaqlığı üzrə dəyişir. Dağlıq ərazilərdə arid iqlim yayıldığı üçün meşə landşaftı zəif inkişaf etmişdir. Meşələr yalnız çay dərələrində talalar şəklində yayılmışdır. Yarımsəhra landşaftında boz, boz-çəmən, şoran və şorakət torpaqlar, dağlıq ərazilərdə şabalıdı, qəhvəyi-meşə, dağ-çəmən torpaqları üstünlük təşkil edir. Naxçıvanda yarımsəhra, çəmən-kol, bozqır və kserofit bitkilər yayılmışdır.
Fiziki-coğrafi rayonlar
Təbii-coğrafi xüsusiyyətləri
|
Lənkəran | Talış rayonu | Şərur– Ordubad | Günnüt– Qapıcıq |
İqlim tipləri | ||||
Çayları | ||||
Landşaft tipləri |
Naxçıvanın yüksək dağ çəmənləri yay otlaqları və biçənəklər kimi istifadə olunur. Lənkəran vilayətinin sarı torpaqları sitrus meyvəçiliyi, çayçılıq və faraş tərəvəzçilik üçün əlverişlidir. Hər iki vilayətdə taxılçılıq, üzümçülük, tütünçülük, bağçılıq və maldarlıq inkişaf etmişdir.