Lənkəran vilayəti Azərbaycanın cənub-şərqində, Xəzər dənizi sahilləri ilə Talış dağlarının suayırıcısı arasında yerləşir. Vilayətin ən hündür nöqtəsi Kömürköy zirvəsidir (2493 m).
Lənkəranda Kaynozoy yaşlı süxurlar üstünlük təşkil edir. Talış dağlarında, əsasən, Paleogenin vulkan mənşəli süxurları geniş yer tutur. Lənkəran vilayəti faydalı qazıntılarla zəif təmin olunmuşdur. Burada, əsasən, tikinti materialları və mineral sular yayılmışdır. Onlara Donuzütən, Ərkivan, Qotursu, Aşağı Ağkörpü, İstisu, Meşəsu və s. aiddir.
Orta Araz (Naxçıvan) vilayəti respublikamızın cənub-qərbində yerləşir. Ərazi Araz
çayı ilə Zəngəzur və Dərələyəz dağlarının suayırıcısı (600–3904 m) arasındadır. Vilayətin
ərazisi dağlıq və düzənlik relyefdən ibarətdir və geoloji quruluşunun mürəkkəbliyi
ilə seçilir. Orta Araz vilayətində ərazinin 60%-dən çoxu 1000 m-dən yüksəkdə yerləşir.
Zəngəzur və Dərələyəz dağlarından başlayaraq Araz çayına doğru uzanan
silsilələr kəskin parçalanmış eroziya və arid-denudasiya relyef formaları ilə fərqlənir.
Orta Araz vilayətində Kaynozoy yaşlı süxurlar üstünlük təşkil edir. Naxçıvanın
dağlıq ərazilərində Paleogenin vulkan mənşəli
süxurları geniş yer tutur. Azərbaycanda ən qədim
süxurlar bu vilayətdə aşkar edilmişdir. Zəngəzur
dağları fəal zəlzələ zonasına daxildir. Orta Araz
vilayəti müxtəlif filiz, qeyri-filiz və tikinti materialları
ilə zəngindir. Vilayəti mineral suların
muzeyi adlandırırlar.
Lənkəran vilayətində rütubətli subtropik iqlim
hakimdir. Havanın orta illik temperaturu 14°C-dir.
Azərbaycanda ən çox yağıntı bu vilayətdə müşahidə
edilir. İllik yağıntıların miqdarı 400–1800
mm arasında dəyişir və onun 80%-i ilin soyuq dövründə
düşür. Ona görə də ilin isti dövründə çaylarda
su azalır və suvarmada ciddi çətinliklər
yaranır. Çay şəbəkəsi sıxdır. Çayları birbaşa
Xəzərə tökülür və onların qidalanmasında yağış və
qismən yeraltı sular əsas yer tutur. Lənkəran ovalığı
qrunt suları ilə zəngindir.
Orta Araz vilayətinin iqlimi kontinentaldır. Ən
çox ümumi günəş radiasiyası, ən aşağı və ən yüksək
temperatur bu vilayətdə müşahidə edilir. Yağıntıların
orta illik miqdarı 200–900 mm arasında