ÖYRƏNDİKLƏRİNİZİ
TƏTBİQ EDİN
Kiçik Qafqaz təbii vilayətinə aid olan fiziki-coğrafi rayonların
iqlim diaqramlarını təhlil edin və suallara cavab verin.
1.
İqlim diaqramları hansı fizi-
ki-coğrafi rayonlara və iqlim
tiplərinə aiddir?
2.
Məntəqələrin mütləq hündürlüyü
ilə iqlimi arasında
hansı əlaqə var?
3.
İyul və yanvar temperaturlarının
hündürlüyə doğru
dəyişməsini izah edin.
4.
Məntəqələrə hansı landşaft
tipləri uyğun gələ bilər?
Şuşa: 1358 m
İstisu: 2294 m
Aylar
ÖYRƏNDİKLƏRİNİZİ
YOXLAYIN
1. Kiçik Qafqaz vilayətinə aid olan suallara cavab verin:
a. Kiçik Qafqaz vilayətini digər vilayətlərdən fərqləndirən əlamətlər hansılardır?
b.Vilayətin şimal-şərq və cənub-şərq hissələri bir-birindən necə fərqlənir?
c. Murovdağ və Qarabağ dağları hansı fiziki-coğrafi rayonlar arasında sərhəd rolunu oynayır?
2. Xəritə-sxemdəki rəqəmlərə əsasən uyğunluğu müəyyən edin.:
a. Ərazisində Şırlan, Turşsu mineral bulaqları var.
b.Vulkanik mənşəli göllər var.
c. Oxçu və Həkəri çayları keçir.
d. Dəmir filizi, alunit ehtiyatları yayılmışdır.
3. Kiçik Qafqaz vilayətində yüksəklik qurşaqları üzrə landşaft tiplərinin dəyişməsini əks etdirən
sxem qurun.