Fiziki-coğrafi rayonlar
Su hövzələri
|
Qanıx– Əyriçay | Küdrü– Şirvan | Mərkəzi Aran | Qazax– Qarabağ | Arazboyu |
Çayları | |||||
Gölləri | |||||
Su anbarları və kanalları |
Kür dağarası çökəkliyində boz, boz-qonur, boz-çəmən, açıq-şabalıdı, şоrаn və şorakət torpaqlar yayılmışdır. Bu torpaqların üzərində yarımsəhra və quru çöllərin kəngizli, yovşanlı, efemerli bitkiləri (quraqlığadavamlı birillik ot bitkiləri) inkişaf edir. Vilayətdə yarımsəhra, quru çöl və intrazonal landşaftlar yayılmışdır. İnsanlar bu əraziləri hələ qədim zamanlardan mənimsəməyə başlamışlar. Suvarılan torpaqlarda taxılçılıq (Küdrü-Şirvan, Mərkəzi Aran, Qazax–Qarabağ), üzümçülük, pambıqçılıq, quru subtropik bitkiçilik inkişaf etmişdir. Кür boyunca uzanan tuqay meşələri qırıldığı üçün sahəsi kəskin azalmışdır. Bu meşələr Qarayazı qoruğunda mühafizə olunur. Saqqızağacından ibarət Sultanbud meşəsi Qarabağ düzündə, Eldar şamı meşələri isə Ceyrançöldə Eldar oyuğunda qorunur. Qanıx-Əyriçayda yeraltı suların səthə yaxın olması burada düzən meşələrinin yaranmasına gətirib çıxarmışdır.
Fiziki-coğrafi rayonlar
Xüsusiyyətləri
|
Qanıx– Əyriçay | Küdrü– Şirvan | Mərkəzi Aran | Qazax– Qarabağ | Arazboyu |
Düzənlikləri | |||||
Landşaft tipləri | |||||
Qoruqları, milli parkları |
Təbii vilayətin lаndşaftlаrından və оnun sərvətlərindən səmərəli istifadə, ekoloji problemlərin həlli məqsədilə bir sıra tədbirlər görülür. Belə tədbirlərə şoran torpaqların duzlardan təmizlənməsi, susuz ərazilərə yeni suvarma kanallarının çəkilməsi, tuqay meşələrinin bərpası və s. aiddir.