Böyük Qafqaz sıx çay şəbəkəsinə
malikdir. Çayların əksəriyyəti
öz mənbəyini Baş Suayırıcı silsiləsindən
götürərək Kür çayına və birbaşa Xəzərə
tökülür. Düzənliklərdə, əsasən, şorsulu, dağlıq
ərazilərdə isə şirinsulu göllər yayılmışdır.
Böyük Qafqaz dağlarında torpaq-bitki örtüyü,
heyvanlar aləmi, təbii landşaftlar yüksəklik qurşaqları
üzrə paylanmışdır. Düzənliklərdə yarımsəhra və quru çöl
landşaftı, hündür
ərazilərdə isə dağ landşaftları üstünlük təşkil edir.
Yarımsəhralarda boz, boz-qonur,
Samur – Dəvəçi ovalığının şimalında düzən meşə-çəmən
torpaqları yayılmışdır.
Dağlıq ərazilərdə qara, şabalıdı, dağ-çəmən, qəhvəyi və qonur
dağ-meşə torpaqları
formalaşmışdır.
Fiziki-coğrafi rayonlar
Coğrafi xüsusiyyətləri
|
Samur– Dəvəçi | Qonaqkənd | Zaqatala– Lahıc | Dağlıq Şirvan | Abşeron– Qobustan |
İqlim tipləri | |||||
Çayları və gölləri | |||||
Qoruqları və milli parkları |
Böyük Qafqazın zəngin təbii şəraiti və ehtiyatları burada müxtəlif təsərrüfat sahələrinin yaradılmasına imkan verir.
Xəzər dənizinin Nabrandan Abşerona qədər ecazkar qızılı qumlu sahilləri, bol günəşli çimərlikləri Azərbaycanın əsas sağlamlıq və istirahət zonasıdır. Abşeronda, Nabranda, Qəbələdə, Şəkidə, Zaqatalada iri turist bazaları fəaliyyət göstərir. Qalaaltı, Şıx mineral bulaqları böyük müalicəvi əhəmiyyətə malikdir.