2. Su anbarının tikilməsi nəticəsində ərazidə baş verə biləcək
dəyişiklikləri məntiqi ardıcıllıqla proqnozlaşdırın.
3. Verilən coğrafi obyekt və hadisələrin tədqiqində istifadə
olunan metodları müəyyənləşdirin.
Bu məsələlərin hamısının tədqiqində hansı eyni metoddan istifadə
etmək mümkündür?
a. əhalinin ərazi üzrə
məskunlaşması
b. Avropanın iqlimi
c. əhalinin yaş və cins
tərkibi
d. Azərbaycanda kənd
təsərrüfatının inkişaf istiqamətləri
Dərsdən sonra
LAYİHƏ
Müxtəlif metodlardan istifadə edərək verilmiş mövzuların biri və
ya sərbəst seçdiyiniz hər hansı mövzu üzrə tədqiqat aparın və
nəticələri elektron, məruzə, yaxud referat formalarından birində
təqdim edin.
Mövzular:
1. “Turşulu yağışlar”
2. “Dünyada ərzaq problemi”
Plan:
1. Problemin mahiyyətini
araşdırın və məlumat toplayın.
2. Problemin mövcud olduğu
regionları (ölkələri) müəyyənləşdirin.
3. Problemin səbəblərini təyin
edin.
4. Toplanan məlumatların müxtəlif təqdimolunma formalarından (xəritələr, şəkillər, diaqram,
qrafik) istifadə edin.
5. Problemin həlli yollarını təklif edin.
6. Problemi hansı tədqiqat metodları ilə araşdırdığınızı qeyd edin.