F Ə A L İ Y Y Ə T
1
Mətndən, Azərbaycanın qoruqları və inzibati xəritələrindən
istifadə edərək cədvəli tamamlayın.
Düzənlik ərazilərdə yerləşən
qoruqlar |
Orta və yüksək dağlıq ərazilərdə
yerləşən qoruqlar |
Sərhəd zonasında yerləşən
qoruqlar |
|
|
|
Müzakirə edin:
– Qoruqların müxtəlif landşaftların yerləşdiyi ərazilərdə
yaradılmasında məqsəd nədən ibarətdir?
Azərbaycanın
dövlət qoruqları
xəritəsi
Yasaqlıqlar
1 – Zaqatala
2 – Qusar
3 – Qarayazı–Ağstafa
4 – Şəki
5 – Qəbələ
6 – Şəmkir
7 – Korçay
8 – Qax–Acınohur
9 – Hirkan
10 – Qızılca
11 – Bərdə
12 – Giladası
13 – Bəndovan
14 – Arpaçay
15 – Laçın
16 – Daşaltı
17 – Qubadlı
18 – Kiçik Qızılağac
19 – Arazboyu (Naxçıvan)
20 – Ordubad
21 – Arazboyu (Zəngilan)
22 – Rvarud
23 – Zuvand
F Ə A L İ Y Y Ə T
2
Cədvəli dəftərinizə çəkin və Azərbaycanın qoruqları xəritəsindən istifadə edərək tamamlayın.
Yarımsəhra landşaftında yerləşən milli park
və yasaqlıqlar |
Dağ-meşə və dağ-çəmən landşaftında
yerləşən milli park və yasaqlıqlar |
|
|
Müzakirə edin: – Qeyd olunan milli park və yasaqlıqlar hansı iqlim tiplərində yerləşir?
Azərbaycanda Almaniya Federal Hökumətinin dəstəyi ilə “Qafqaz təşəbbüsü”
proqramı çərçivəsində Samur–Yalama Milli Parkı yaradılmışdır. Hazırda Azərbaycanda
yeni milli parkların, dövlət təbiət qoruqlarının yaradılması istiqamətində müvafiq
işlər davam etdirilir.
Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisi genişləndirilərək Lənkəran, Masallı və
Neftçala rayonlarının ərazilərində Qızılağac Milli Parkı yaradılmışdır.