ekvatordan qütblərə doğru dəyişməsi enlik zonallığı adlanır. Coğrafi təbəqədə zonallığın əsas səbəbləri Yerin forması, onun xəyali oxunun orbit müstəvisinə meyilli olması və nəticədə Günəş istiliyinin və rütubətin qeyri-bərabər, lakin qanunauyğun paylanmasıdır. Enlik zonallığı düzənliklərdə, yüksəklik qurşaqlığı və ya azonallıq isə dağlıq ərazilərdə özünü göstərir.
Azonal amillər, əsasən, daxili qüvvələrin təsiri ilə formalaşır və coğrafi enlikdən asılı deyil. Onlara relyef formaları, süxurların tərkibi və yaşı, qismən yeraltı sular aiddir.
Beləliklə, coğrafi təbəqə bütövlük, ritmiklik və zonallıq qanunauyğunluqlarına əsasən formalaşır və inkişaf edir. Müasir dövrdə coğrafi təbəqəyə antropogen təsir güclənsə də, insanın təsərrüfat fəaliyyəti bu qanunauyğunluqlardan xeyli dərəcədə asılı olaraq qalmaqdadır.
№ | Ərazilər | Zonallıq: enlik və ya yüksəklik |
1 | Cənubi Amerikanın qərbi | |
2 | Şərqi Avropa | |
3 | Qərbi Sibir | |
4 | Afrikanın şimal-qərbi | |
5 | Şimali Amerikanın qərbi | |
6 | Avstraliyanın mərkəzi |