Qida zəncirinin sxemi: bitkilər otyeyən heyvanlar otyeyən heyvanlarla qidalanan heyvanlar yırtıcılar göbələklər və bakteriyalar.
Ritmiklik hadisə və proseslərin nizamlı olaraq müəyyən zaman daxilində təkrarlanmasına deyilir. Ritmikliyin sutkalıq, illik və çoxillik növləri vardır. Sutkalıq ritmlər Yerin öz oxu ətrafında, illik ritmlər isə Yerin Günəş ətrafında hərəkəti nəticəsində yaranan proseslərə uyğun gəlir. Çoxillik ritmlər coğrafi təbəqədə bir neçə illik, yüzillik, min və milyon illik ritmlər şəklində özünü göstərir; məsələn, Yer kürəsində iqlim dəyişiklikləri (istiləşmə və soyuma), buzlaşmalar, dağəmələgəlmə və platforma mərhələləri və s. çoxillik ritmlərə nümunə ola bilər.
Coğrafi təbəqədə baş verən inkişafın səbəbi onda olan əksliklərin – zonal və azonal amillərin vəhdəti və mübarizəsidir.
Zonal (xarici) amillər coğrafi enlikdən asılı olaraq dəyişən amillərdir. İqlim, torpaq, bitki, heyvanlar aləmi və səth suları zonal amillərə aiddir. Təbii komponentlərin