Antropogen (müasir) mərhələ – 40 min il
əvvəldən indiyə qədər
Biogen mərhələ –
580 mln. il
Biogenəqədərki
mərhələ (geoloji) –
3 mlrd. il
Coğrafi təbəqə Yer qabığının üst hissəsini, atmosferin aşağı
qatlarını, bütün hidrosferi və biosferi özündə birləşdirir. Bu
sərhədlər daxilində onun orta qalınlığı 50–55 km təşkil edir.
Coğrafi təbəqənin inkişafında 3 mərhələ ayrılır:
1. Biogenəqədərki mərhələ – coğrafi
təbəqənin inkişafında ən uzun mərhələ olub (3 mlrd. il davam
etmişdir) Kriptozoy eonunu əhatə etmişdir. Bu mərhələdə atmosferin
tərkibində sərbəst oksigen az, karbon qazı isə çox olmuşdur.
Canlılar öz inkişafının ilkin mərhələsində olduğu üçün coğrafi
təbəqənin formalaşmasında onlar az əhəmiyyət daşımışdır. Ən qədim
platformalar yaranmışdır; üzvi mənşəli süxurlar və torpaq örtüyü
isə yenicə əmələ gəlməyə başlayırdı.
2. Biogen mərhələ – 580 mln. il
davam etmişdir. Bu mərhələ Fanerozoy eonunu əhatə edir. Bitki
örtüyünün inkişafı atmosferin qaz tərkibinin dəyişməsinə səbəb
olmuşdur. Balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, məməlilər,
quşlar bu mərhələdə yaranmışlar. Canlılar tədricən Yerin bütün
təbəqələrinə yayılmışdır. Üzvi süxurların toplanması və torpaq
örtüyünün yaranması baş vermişdir. Bu mərhələnin sonunda insan
yaranmışdır.
3. Müasir (antropogen) mərhələ – 40
min il bundan əvvəl – “ağıllı insan”ın (homo sapiens) yaranması və
onun təbii mühitə təsirinin artması ilə başlanmışdır. Bu mərhələdə
coğrafi təbəqə insanın təsərrüfat fəaliyyəti nəticəsində dəyişmiş,
ekoloji problemlər yaranmışdır.
F Ə A L İ Y Y Ə T
2
Süxurların dövranı sxemini izah
edin.
Müzakirə edin:
– Süxurların çevrilməsinin 1-ci və
5-ci mərhələlərinin arasında
hansı əlaqə var?
Coğrafi təbəqənin fasiləsiz inkişafının 2 ən mühüm xüsusiyyəti vardır
a) coğrafi təbəqədə inkişafın mənbəyi Günəş enerjisi və Yerin daxili enerjisidir;
b) coğrafi təbəqədə maddələrin ümumi dövranı prosesi baş verir.
Təbiətdə suyun, havanın, üzvi maddələrin, süxurların, qazların və s. maddələrin
dövranı baş verir. Məhz bunun nəticəsində coğrafi təbəqənin fasiləsiz inkişafı və yenilənməsi
təmin olunur.